Göygöldə sərxoş sürücü avtomobilini aşırdı

HADİSƏ 15 may 2021, 23:14
Göygöl rayonunda “VAZ-2121” markalı avtomobil yoldan çıxaraq aşıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl rayonunun girişində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2121” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafidir.

Sürücünün sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top