Gürcüstanda voleybol üzrə milli komandalar arasında Heydər Əliyevə həsr olunan yoldaşlıq oyunu keçirildi — FOTOLAR


İDMAN 12 may 2021, 13:03
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci öldönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində cari ilin 11 may tarixində paytaxt Tbilisi şəhərinə yerləşən “Yeni Voleybol Arenası”nda Azərbaycan ilə Gürcüstanın volleybol üzrə kişilərdən ibarət milli komandalarının yoldaşlıq oyunu təşkil edilib.

Milli komandaların oyununu Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, eyni zamanda Gürcüstanın Voleybol Federasiyasının prezidenti İrakliy Çuçua və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Abulfəs Hüseynov  izləyiblər.

Dostluq və yoldaşlıq ruhunda keçən qarşılaşmada 3:0 hesabı ilə Azərbaycan milli komandası qalib gəlib.

Milli komandaların yoldaşlıq oyunundan sonra Səfir Faiq Quliyev və Gürcüstanın Voleybol Federasiyasının prezidenti İrakliy Çuçua tərəfindən hər iki yığmanın kapitanlarına Heydər Əliyev kuboku təqdim edilib. Bundan başqa yoldaşlıq oyununu izləyən rəsmi şəxslər tərəfindən həm Azərbaycan, həmdəki Gürcüstan idmançılarına sertifikatlar təqdim olunub.

Təltifetmə mərasimində çıxış edən Səfir Faiq Quliyev hər iki milli komandaya Səfirliyin təklifini qəbul edib Ulu Öndər Heydər Əliyevə həsr olunan yoldaşlıq oyununda iştirak etdikləri üçün minnətdarlığını bildirib.

Daha sonra çıxış edən federasiyaların rəsmiləri Ulu Öndər Heydər Əliyevə həsr olunan yoldaşlıq oyunun timsalında iki qonşu dövlətin müxtəlif idman növləri üzrə komandalarının qarşılaşmalarının daha sıx keçirilməsinin vacibliyini qeyd ediblər.

Sonda rəsmi şəxslər və idmançılar kollektiv xatirə şəkili çəkdiriblər.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

Top