Gürcüstanda Heydər Əliyev adına sərbəst güləş üzrə dostluq turnirinin təltifetmə mərasimi keçirildi — FOTOLAR

İDMAN 12 may 2021, 12:53
2021-ci ilin may ayının 9-10 tarixlərində Gürcüstanın Kvemo Kartli regionunu əhatə sərbəst güləş üzrə Heydər Əliyev adına dostluq turniri keçirilib.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, “SOCAR Georgia” şirkətinin və Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan turnirin 10 may tarixində Marneuli şəhərində yerləşən “AtaHolding” binasının idman zalında təltifetmə mərasimi keçirilib.

Mərasimdə turnir iştirakçıları ilə yanaşı Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Gürcüstanın Kvemo-Kartli regionun qubernatoru Şota Rexviaşvili, Marneuli merinin v.i.e. Zaur Tabatadze, Gürcüstanın Güləş Federasiyasının Kvemo-Kartli regionu üzrə prezidenti Tamaz Kvenukaşvili, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov və digər rəsmi şəxslər iştirak ediblər.

Ulu Öndər Heydər Əliyev adına sərbəst güləş üzrə dostluq turnirinin mükafatlandırma mərasimindən öncə çıxış edən Səfir Faiq Quliyev ilk dəfə olaraq Kvemo Kartli regionunun mərkəzi şəhəri olan Marneulidə geniş miqyaslı idman turnirinin keçirilməsinin sevindirici hal olduğunu qeyd edib.

Səfir xüsusən də, Kvemo Kartli regionun Administrasiyasının və Gürcüstan Güləş Federasiyasının turnirin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Səfir F.Quliyevin Ulu Öndər Heydər Əliyevin idman sahəsinə xüsusi diqqət göstərdiyni, bugün də layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən nə inki Azərbaycanda, soydaşlarımız yaşayan dünyanın müxtəlif bölgələrində idman komplekslərinin tikilməsi üçün göstərişlər verildiyini bildirib.

Səfir qeyd olunanların bariz nümunəsi kimi,  Ulu Öndər Heydər Əliyev adına sərbəst güləş üzrə keçirilən turnirin binasının, bugünədək Gürcüstanda tikilən və yaxın günlərdə istifadəyə veriləcək idman kompleksləri barədə məlumat verib.

Daha sonra çıxış edən Gürcüstanın Kvemo-Kartli regionun qubernatoru Şota Rexviaşvili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, Heydər Əliyev Gürcüstanla bütün sahələr üzrə əlaqələrin inkişafına xüsusi önəm verib. Qubernator xüsusi ilə vurğulayıb ki, Heydər Əliyevin hakimiyyəti illərində yalnız iki ölkə üçün deyil, həmçinin beynəlxalq əhəmiyyətli iri layihələr də həyata keçirilib.

Daha sonra çıxış edənlər Gürcüstanla Azərbaycan arasındakı sıx münasibətlərin daha da inkişaf etdirilməsi üçün idman tədbirlərinin davamlı keçirilməsini təklif edilər, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin gələcək üçün nümunəvi addım olduğunu vurğulayıblar.

Səfirlik və Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkil etdiyi yarışa 20 – 75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılıb.

Turnirin qaliblərinə kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunub.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top