Ronaldo özünə yeni avtomobil sifariş etdi — FOTO

İDMAN 11 may 2021, 19:33
İtaliyanın "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasını "Ferrari"nin "Monza" modeli ilə zənginləşdirəcək.

"Report"un "Calciomercato"ya istinadən məlumatına görə, bu, portuqaliyalı hücumçunun "Ferrari" zavoduna Turin klubunun prezidenti Andrea Anyelli və Direktorlar Şurasının sədri Con Elkann ilə birgə ziyarəti zamanı baş verib. Fyorano trasında 36 yaşlı forvard "Formula 1"də çıxış edən "Ferrari" komandasının pilotları Karlos Sayns və Şarl Lekler ilə görüşüb. O, hər iki sürücünün öz soyadı yazılmış futbolkalarına imza atıb.

Ronaldonun zavoda səfəri bununla məhdudlaşmayıb. Təcrübəli oyunçu 2,9 saniyəyə 100 km/saat sürət yığan "Monza" modelini sifariş edib. Bu idman maşınının iki variantı var: yalnız sürücü kreslosu ilə və əlavə olaraq, sərnişin oturacaqları ilə. Onun hansı varianta üstünlük verdiyi bilinmir.

"Montsa" 2018-ci ildə təqdim olunarkən, iki ilə 499 ekzemplyar buraxılacağı vəd edilib. Onlardan birinin qiyməti 1,6 milyon avrodur.

Belə bir avtomobili sifariş etməsi Ronaldonun öz cibindən pul ödədiyi anlamına gəlmir. İstisna deyil ki, bu, "Yuventus"dan öz ulduzuna bir bonusdur. "Ferrari" zavoduna səfərlə eyni vaxtda klubun vitse-prezidenti Pavel Nedved ulduz futbolçunun gələn mövsüm də qalacağını bildirib.

Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasının XXXV turunda "Milan"a evdə 0:3 hesabı ilə uduzub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top