Dünya Müasir Karate Federasiyasının Azərbaycanda ilk tədbiri — FOTOLAR

İDMAN 11 may 2021, 14:00
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası (AKFA) məşqçi-müəllimlər üçün seminar təşkil edib. 

Demokrat.az
-ın xəbərinə görə, koronavirus pandemiyası səbəbindən seminara məhdud sayda - 12 məşqçi dəvət edilib və karantin qaydalarına tam əməl olunub. 

AKFA seminarı Əməkdar məşqçi Nağı Mehdiyevə həvalə edib. N.Mehdiyev seminarda çıxışı zamanı Assosiasiya tərəfindən təsis olunmuş döyüş konstitusiyasından da faydalandıqlarını bildirib.

Dünya Müasir Döyüş Növləri Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov seminarın əsas məqsədindən danışıb. Daha sonra bildirib ki, pandemiya şəraitinə baxmayaraq, onları qarşıda möhtəşəm layihələr və tədbirlər gözləyir. A.Məmmədov, artıq bununla bağlı müəyyən işlərə start verildiyini diqqətə çatdırıb. O, mediaya açıqlamasında tezliklə AKFA tərəfindən “Black Belt 2” layihəsinin təşkilinin nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, bu seminar Dünya Müasir Karate Federasiyasının ilk tədbiridir.

Xatırladaq ki, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının İdarə Heyətinin üzvü Arif Məmmədov bir ay öncə Dünya Müasir Döyüş Növləri Federasiyasının vitse-prezidenti seçilib.







Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top