Lavrov: "Bölgədəki vəziyyəti normallaşdırmaq üçün razılaşmaları tam həyata keçirmək vacibdir"


QARABAĞ 11 may 2021, 13:39
“Əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınması, iqtisadi və rabitə əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.

“Rusiya sülhməramlı kontingentinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarıq. Konkret planlar hazırlayan üçtərəfli işçi qrupu əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir”, - o deyib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top