Kür çayında suyun səviyyəsi artıb — VİDEO

SOSİAL 10 may 2021, 17:10
Yaz aylarında havaların qeyri-sabit keçməsi, ölkə ərazisinə intensiv yağışların düşməsi dağ çaylarına olduğu kimi, Kür çayına da öz təsirini göstərib.

Bu daha çox Kürün aşağı axınında, çayın Salyan rayonu ərazisindən keçən ərazisində müşahidə olunur. Təkcə bu gün Kür çayında suyun səviyyəsi 70 santimetr qalxıb.

Çayın bəzi ərazilərində yaranmış adalar görünməz olub. Əvvəllər tam məhsuldarlığı ilə işləyə bilməyən su nasosları normal qaydada fəaliyyət göstərir. Əkin sahələrinin suvarılmasında yaranmış çətinliklər aradan qalxıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top