"ASAN xidmət" ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir — FOTOLAR


GÜNDƏM 10 may 2021, 15:30
“ASAN xidmət” və ASAN könüllüləri ulu öndər Heydər Əliyevin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə silsilə tədbirləri davam etdirirlər.

Görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-cı ildönümü münasibəti ilə 20 aprel tarixindən başlayaraq “ASAN xidmət” mərkəzlərinin təşəbbüsü və müxtəlif qurumların tərəfdaşlığı  ilə tədbirlər baş tutub.

 “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "İntellektual çoxnövçülük üzrə I ASANçılar marafonu" və könüllülər arasında “Xəmsə”, “Nə? Harada? Nə zaman?” bilik yarışmaları təşkil olunub.

Ağacəkmə aksiyaları, şahmat turniri, inşa müsabiqəsi, müxtəlif görüşlər, "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda elmi-praktik konfransı və “Heydər Əliyev və Azərbaycan dili” adlı natiqlik turniri həyata keçirilib.
 
Eyni zamanda rəsm sərgiləri təşkil edilib. Ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşib və “Ulu Öndər Heydər Əliyevin 98 illiyinə həsr olunmuş Gənclər Simpoziumu” layihəsi həyata keçirilir.

Respublikanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

No description available.No description available.No description available.No description available.No description available.No description available.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top