Jurnalistdən Paşinyana tərs sual: “Siz hansı vicdanla bura gəlirsiniz?” — VİDEO


DÜNYA 09 may 2021, 14:49
Baş nazir postunu icra edən Nikol Paşinyan bu gün 9 may-Qələbə günü münasibəti ilə “Erablur”dakı abidə kompleksini ziyarət edərək gül qoyub.

Demokrat.az “tert.am”a istinadən xəbər verir ki, Paşinyanın mühafizəçiləri  jurnalistləri  ona yaxınlaşmağa imkan verməyib.

“Tert.am”-ın əməkdaşı Ani Qevorqyan uzaqdan olsa da, Paşinyana sualını verə bilib: “Siz hansı vicdanla “Erablur”a gələ bilirsiniz, özünüzü burada necə hiss edirsiniz?”

Mühafizəçilər ona Paşinyana yaxınlaşmağa imkan verməsələr də, Baş nazir vəzifəsini icra edən şəxsin mətbuat katibi Mane Qevorkyan isə onunla maraqlanaraq: “Ani can, biz söhbət edə bilərik?”, - deyib.

Bundan sonra polis Paşinyana yaxınlaşaraq jurnalistlərin ona yaxınlaşmasını qadağan edib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top