Novxanıda avtomobil qadını vuraraq öldürdü

HADİSƏ 08 may 2021, 20:38
Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini vurulub.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, mayın 7-də saat 22 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top