Kurık limanında "Azərbaycan" gəmi-bərəsi təntənəli qarşılandı


İNFRASTRUKTUR 08 may 2021, 19:46
Mayın 7-də Ələtdə yerləşən Bakı limanından yola düşən “Azərbaycan” gəmi-bərəsi mayın 8-də Qazaxıstanın Kurık limanına çatıb.

Demokrat.az-ın ASCO-ya istinadən verdiyi xəbərə görə, limanda gəminin qarşılanma mərasimi keçirilib.

Tədbridə ölkəmizin Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elmar Məmmədov, Mangistau vilayət Akiminin müavinləri Bekbol Orınbasarov və Abzal Mendibayev, Qazaxıstan Dəniz limanları administrasiyasının rəhbəri Nurbol Ermanov, Kurık limanının direktoru Serik Axmetov iştirak ediblər.

Qazaxıstanın rəsmi şəxsləri kapitan Ayaz Pirmuradovu Ro-Pax tipli “Azərbaycan” gəmisinin həyata keçirdiyi ilk səfər münasibətilə təbrik ediblər. Tədbirdə bildirilib ki, yeni gəminin ilk səfərinin məhz Kurık limanına olması bütün Mangistau vilayəti üçün xoş bir hadisədir.

Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Baş Konsulluğunun başçısı Elmar Məmmədov da öz növbəsində Azərbaycan istehsalı olan yeni gəmi-bərənin ilk səfərinin əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi-bərə Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz töhfəsini verəcək.

Kurık limanının direktoru Serik Axmetov gəmi kapitanına "Azərbaycan" gəmi-bərəsinə hədiyyə olaraq rəsm əsəri təqdim edib. Sonra tədbir iştirakçıları “Azərbaycan” gəmi-bərəsinə baxış keçirib, onun imkanları ilə yaxından tanış olublar.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top