Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

SOSİAL 08 may 2021, 16:40
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 326 056 nəfər koronavirusa yoluxub. Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

Azərbaycanda son gün ərzində 10 244, hazırkı dövrədək isə 3 321 511 test aparılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top