Azərbaycanda əsgər özünü güllələdi

HADİSƏ 08 may 2021, 10:58
Zaqatalada hərbi hissədə intihar olub.

Demokrat.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) faktı təsdiqləyiblər.

Bildirilib ki, DSX rəisinin göstərişi ilə, onun müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top