Metroda baş verən atışmada 23 nəfər öldü

DÜNYA 06 may 2021, 21:24
Braziliyanın Rio-de-Janeyro şəhərinin metrosunda baş verən atışma nəticəsində 1 polis zabiti və 22 şübhəli şəxs ölüb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, hadisə zamanı həmçinin iki qatar sərnişini və iki polis də yaralanıb.

Məlumata görə, silahlı toqquşma Rio-de-Janeyro mülki polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cümə axşamı erkən saatlardan başladığı əməliyyat zamanı baş verib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top