"Məmurlar elə bil canavardı, yanındakı acından ölür, ona bir tikə çörək vermir"

SOSİAL 05 may 2021, 22:27
Xəbər verdiyimiz kimi, həbs edilən icra başçılarının üzə çıxan biznesləri cəmiyyətdə günlərdir ki, müzakirə olunur. 

Demokrat.az
xəbər verir ki, tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bəzi məmurların nəinki xalqa qarşı özbaşınalıq etdiyini, hətta qudurduğunu bildirib:

“Bunlar qudurublar. Məmurların hamısı yox, bəziləri həddini aşıb. Guya baş verənləri indiyə qədər bilən yox idimi? Həbs ediləndən sonra var-dövlətini üzə çıxarırıq. Bunları vaxtında cəzalandırmaq lazım idi. Artıq hər şey gec də olsa ortalığıa çıxır, hamısı cəzalarını çəkəcəklər. Həqiqətən də onların əməlləri, həyat tərzləri biabırçılıqdır. Məmurlar elə bil ki, canavardı, yanındakı acından ölür, amma ona bir tikə çörək vermir. Vallah bu zavallılar ancaq var-dövlət yığmaqla məşğuldurlar, həyatın mənasını anlamırlar, ona görə də sondakı miskin aqibətlərini hesablamırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top