Bakıda film kimi olay: İki qardaş qız üstündə dəhşət yaşatdı — Şok təfərrüat


KRİMİNAL 05 may 2021, 11:55
Bakının Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Mehman qonşusu Məhəbbəti bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Binəqədi Xırdalan şossesi 1-ci mədən 6-cı döngə yeni yaşayış massivində baş verib. Həmin ünvanda qonşusu və dostluq münasibətində olduğu Məhəbbət idarə etdiyi avtomobillə onun qarşısını kəsib.

Onların arasında yaranan mübahisə zamanı Mehman bıçaqla bir dəfə Məhəbbəti vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Mehmanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Mehmanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndətrilib. İş araşdırılması üçün hakim Əliövsəd Abbasovun sədrliyi ilə baxılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Məhəbbət ilə bir məhəllədə qonşu olub: “Hadisədən 4-5 gün öncə Məhəbbət “Mercedes” markalı avtomobili ilə məhəlləyə gələrək mənimlə rastlaşdı. Maşını saxlayaraq mənimlə salamlaşdı. Həmin vaxt o, Kəmalə adlı tanışı ilə telefonda danışarkən, telefonu qulağımdan kənara tutdum, Məhəbbətlə hal-əhval tutdum. Məhəbbət məni nalayiq ifadələrlə təhqir edərək “sən iş verənsən” dedi. Məhəbbətin zarafat edib-etmədiyini soruşdum. Məhəbbət ciddi olduğunu və mənimlə söhbət edəcəyini dedi. Həmin vaxt Məhəbbətə haqqında heç kimə pis bir şey demədiyimi, heç nə danışmadığımı bildirdim. Məhəbbət yanımda Kəmaləni söyəndə telefon açıq qaldı və Məhəbbətin söyüşlərini Kəmalə eşitdi. Bundan sonra Kəmalə Məhəbbətə zəng etdi. Bildirdi ki, arxamca söyüş söyürsən. Məhəbbət də Kəmaləyə çatdırdığımı zənn etdi. Ona görə də Məhəbbət mənimlə mübahisə etdi, məni təhqir etdi. Evdən götürdüyüm bıçaqla Məhəbbəti sinəsinin sağ tərəfindən bir dəfə vurdum”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Məhəbbət onun üzərinə hücum etməsin deyə maşınının ətrafında qaçıb: “Məhəbbət də maşının ətrafında arxamca qaçaraq məni tutaraq saxlamaq istədi. Sonra Məhəbbət qardaşı Möhübbətə zəng edərək hadisəni danışdı və mənə qardaşının gəldiyini dedi. Qorxundan yola doğru qaçdım, tanımadığım “Mercedes” markalı taksi avtomobili saxlatdım və oradan bir qədər uzaqlaşdım. Lakin Məhəbbət və qardaşı Möhübbət öz maşınları ilə məni təqib edərək, Binəqədi şossesində “Şərab evi” dükanı və “Elmar” marketin qarşısında  sərnişini olduğum avtomobili saxlatdılar. Həmin vaxt Məhəbbət və Möhübbət məni maşından düşürən zaman avtomobilin ön patpresinə və arxa şüşəsinə zərər yetirdilər. Sonra məni maşından düşürüb dartaraq Məhəbbətin maşını tərəfə gətirdilər. Məni “Mercedes” markalı avtomobilin baqajına oturtmaq istədilər. Məni əl və ayaq zərbələri ilə vuraraq yerə yıxdılar. Bu vaxt Bəxtiyar adlı şəxs məni oradan çəkərək apardı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məhəbbət bildirib ki, 9 ildir Mehmanla qonşudurlar: “Mehmanla ikimizin də tanıdığı Kəmalə adlı qadınla Mehman qeyri rəsmi münasibətdə yaşayıb. 2019-cu ilin mayın əvvəllərində, hadisədən 3 gün öncə Kəmalə mənə zəng etdi, nə üçün arxasınca söyüş söydüyümü soruşdu, söydüyüm söyüşlərin arvadıma, uşağıma ünvanlanmasını dedi. Bu söz mənə çox pis təsir etdi. Kəmaləyə bunu ona kimin deməsini soruşdum. Kəmalə Mehmanın dediyini bildirdi. Hadisədən öncə evdə olan zaman telefonuma Kəmalədən zəng gəldi. Həmin zəngi görmədim. Bacım oğlu Polada “yığ gör bu kimdir?” dedim. Polad həmin nömrəyə zəng etdi və Kəmalə telefona cavab verəndə Polad “danışan saç ustasıdırmı?” deyə soruşdu. Kəmalə də nalayiq ifadələrlə Polada cavab verdi. Polad da adekvat cavab verərək telefon əlaqəsini kəsdi. Güman edirəm ki, Mehman Kəmalənin yanında olub. Çünki sonradan Mehman mənə zəng etdi, Poladın Kəmalə ilə telefonda pis danışdığını, Kəmaləni söydüyünü, bu danışığı Polada keçməyəcəyini dedi”.

Zərərçəkmiş şəxsin ifadəsinə Mehmanın Kəmalənin qeyrətini çəkdiyini başa düşüb, aralarında sözlə mübahisə düşüb: “Bundan sonra Mehmanın qardaşı Siyavuşun işlədiyi metal qəbul etmə məntəqəsinə getdim. Ona qardaşı Mehmanın ortaya çıxmasını, arxamca Kəmalə adlı qadına söz danışıldığını və söyüş söydürdüyünü dedim. Siyavuş özü bu məsələni həll edəcəyini dedi. Yaşadığım məhəlləyə idarə etdiyim “Mercedes e240” markalı avtomobil ilə daxil olan zaman Mehmanı gördüm. Avtomobili saxladım, avtomobildən düşdüm. Mehmana “Kəmalənin qeyrətini çəkirsən? o, sənin nəyindi, anandı ya bacındı?” dedim. Mehman da həmişə üzərində gəzdirdiyi bıçağı çıxardı və dedi ki, sən öl, səni vuraram, danışığına diqqət et. Mehmana “vurmayan da kişi deyil” dedim. Həmin vaxt Mehman əlindəki bıçaqla sağ qabırğa nahiyəmdən vurdu, geri çəkildi. Mehmanın arxasınca qaçdım. Mehman da qaçmağa çalışdı, maşınının başına fırlandı. Zəng edərək qardaşım Möhübbətə hadisəni xəbər verərək kömək istədim. Mehman məhəllədən yola tərəf qaçdı. Mən də Mehmanın arxasınca qaçdım. Yol kənarından keçən taksiyə əyləşdim, Mehmanın oturduğu taksinin arxasınca sürməsini dedim. Həmin vaxt Möhübbətə məhəllədə qalmış maşınını sürərək arxamca gəlməsini Mehmanın sərnişini olduğu avtomobili saxlatmasını dedim”.

Məhəbbət ifadəsində göstərib ki, Möhübbət də avtomobilini idarə edib və onlara çatıb: “Binəqədi şossesində “Şərab evinin” qarşısında Möhübbət avtomobili ilə Mehmanın sərnişini olduğu taksi “Mercedes” markalı avtomobili saxlatdı. Bu zaman taksidən düşdü, Mehmanın içində olduğu taksiyə yaxınlaşaraq, Mehmana “səni vuran, döyən olmayacaq düş gedək xəstəxanaya mənə kömək et” dedim. Həmin vaxt Mehman avtomobilin qapı dəstəyindən tutaraq düşmədi. Qardaşım Möhübbətlə birlikdə Mehmanı avtomobildən düşürdük. Həmin vaxt yolda hərəkət dayanmış, yol polisi xidmətinin əməkdaşları mübahisə yerinə gəldi. Hadisə vaxtı ətrafda çox sayda adamlar olub. Mehman avtomobildən düşdü və özünü yerə ataraq “mərhəmətiniz olsun” deyərək həyasızlıq etdi. Bu zaman  qardaşım Möhübbətə “Mehmana əlin də dəyməsin” dedim. Özümü pis hiss etdikdən Möhübbət məni maşına qoydu və xəstəxanaya apardı”.

Məhkəmənin hökmü ilə Mehman 5 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top