Azərbaycanlı xanəndə Almaniya mühacirətindən Vətənə qayıtdı


MƏDƏNİYYƏT 04 may 2021, 23:14
Almaniyada mühacirət həyatı yaşayan tanınmış xanəndə Zahid Quliyev həmişəlik Vətənə qayıdıb.

Demokrat.az
xəbər verir ki, bu barədə xanəndə özü bildirib.

"Gözəl Vətənim Azərbaycandan hər birinizi salamlayıram. Uzun illər işğal altında qalan torpaqlarımızın, hörmətli Prezidentimiz İlham Əliyevin gərgin əməyi nəticəsində, yenilməz milli ordumuzun 44 gün ərzində işğaldan azad etməsi hər birimizi sevindirdi.

Allah Şəhidlərimizə rəhmət etsin.

Mən də xalqımızın sevincinə qoşularaq, uzun illər yaşadığım Almaniyadan Vətənimə döndüm. Allah mənə imkan versin ömrümün qalan hissəsini, Vətənimə xidmətə, milli musiqimizin təbliğinə, muğamlarımızın gənclərə tədris olunmağına sərf edim. Azərbaycana gələn gündən dostlarla, qohumlarla görüşməkdən öncə yaradıcılıq işləri ilə məşğul olmağa başladım. Güman edirəm sizlərlə görüşməyə zamanımız çox olacaq. İlk televiziya olaraq İctimai TV və İctimai Radio mənə öz qollarını açıb xoş gəldin dedi. Bunun üçün İTV rəhbərliyinə  minnətdarlığımı bildirirəm",- Zahid Quliyev bildirib.

Qeyd edək ki, Zahid Quliyev əslən Cəbrayıl rayonunun Söyüdlü kəndindəndir.

Zahid Quliyevin  ifasında səslənmiş “Şur”, “Mahur-Hindi”, “Çahargah”, “Bayatı-Şiraz” muğam-dəstgahları radionun hazırda qızıl fondunda saxlanılır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top