Yanukoviçin xalqdan oğurladığı 1.5 milyard dollar geri qaytarılır


DÜNYA 04 may 2021, 22:09
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Ukrayna xalqından oğurladığı 1.5 milyard dollar vəsait dövlət büdcəsinə qaytarılır.

Demokrat.az
-ın Ukrayna mediasına istinadən xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeniy Yenin "Dom" telekanalının efirində məlumat verib.

Y.Yenin bildirib ki, məbləğin 1 milyard 300 milyon dolları xalqa nağd şəkildə, 200 milyon dollar qiymətli kağız şəklində qaytarılacaq:

"Dövlət büdcəsinə 1,5 milyard dolların geri qaytarılmasında fəal iştirak etdim. Bu, hansısa mifik qiymətli kağızlar deyil. Nağd şəkildə 1 milyard 300 milyon dollar, təxminən 200 milyon dollar dəyərində olan Ukraynanın qiymətli kağızlarıdır. Biz ABŞ-la ikitərəfli münasibətlər tarixində ilk dəfə Birləşmiş Ştatlar torpaqlarından 600 min dollar geri qaytardıq" - deyə nazir müavini qeyd edib.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top