Deputat: "Azərbaycanda vaksin qıtlığı yoxdur"

GÜNDƏM 04 may 2021, 13:26
“Azərbaycanda vaksinasiyanın ləng getdiyi, zəif aparılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib. 

Deputat bildirib ki, Azərbaycanda MDB ölkələri və qonşu ölkələrlə müqayisədə vaksinasiyadan keçənlərin sayı bir neçə dəfə artıqdır: “Bəzi peyvənd istehsal edən ölkələrdə vaksinasiyadan keçənlərin sayı bizdən iki dəfə aşağıdır. Artıq daha 2 vaksin ölkəmizə gətirilib. Ölkəmizdə vaksin qıtlığı yoxdur. İstirahət günündə vaksin olunanların sayı aşağı olur. Digər günlərdə isə vaksin olunanların sayı 15 minin ətrafında olur”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top