Sevda Sanaliyeva: “Pul qazanmaq məni çox tez böyütdü”

ŞOU-BİZNES 01 may 2021, 23:01
Tanınmış müğənni Sevda Sanaliyeva müsahibə verib.

Demokrat.az müsahibəni təqdim edir:

- Hal-hazırda pandemiyadır, toy biznesi demək olar ki, çöküb. Bəs siz necə dolanırsız?

- Bilirsiz ki, mən 13 yaşımdan bəri işləyirəm.Bu illər ərzində az-çox qazancım olub, şükür bu günümə, dolanıram. Allahın verdiyinə şükürlər olsun, mənə və övladlarıma bəs edir.

- Bir müddət əvvəl şirniyyat biznesinizin olduğunu da demişdiniz. Fəaliyyət göstərirmi?

- Xeyr, mənim şirniyat biznesim yoxdur, özümə bir yutub kanalı  açmışam, nə hazırlayıramsa orada sərgiləyirəm. Təbii ki, istərdim yutubumdan qazancım olsun. Çox istərdim ki, bir şirniyyat evinə sahiblənim, amma bunun olması üçün pandemiyanın tam bitməsi lazımdır. Təki qismət olsun.

- Bir müddət əvvəl sənətinizdə fasilələr oldu. Ümumiyyətlə biz sizi davamlı olaraq hər zaman sənətdə görməmişik.

- Sənətimdə deyil, efirlərdə fasilələrim olub. O da uzun illər bundan əvvəl olub. 2 il bir fasilə etmişəm, 1 il bir fasilə. Amma fəaliyyətimi dayandırmamışam, işləmişəm. Mənim qazancım hər zaman işimdən gəlib. Yəqin bilirsiz ki, mən kiminsə köməkliyi ilə deyil, sənətimin köməkliyi ilə dolanıb və ailəmi dolandırıram. Efir insanlarından, küsdüyüm vaxtlar olub ki, daha sonra bu inciklik də aradan qalxıb.

- Sevda xanım həyatının hansı illərini yenidən yaşamaq istəyir?

- Təbii ki, uşaqlığımı yaşamaq istərdim və uşağlığımı yaşayıb məktəbimi oxumaq istərdim. Məktəbdə 13 yaşına kimi əlaçı olmuşam, 13 yaşımdan sonra nə qədər yaxşı oxumağa çalışsam da bunu istədiyim kimi bacara bilməmişəm. Çünki yorğun olmuşam, həm işləyib, həm oxumaq mənə çox çətin gəlirdi. Amma anam çox istəyirdi ki, mən ali savadlı olum. Çox çalışdım, yaxşı oxuyum, amma o illərdə ya işi seçməli idim ya da təhsili. Mən də işi seçdim, çünki üzərimdə ağır yük var idi, anamın xəstəliyi ilə mübarizə aparırdım. “Bənövşə” uşaq xorunda illərlə fəaliyyət göstərmişəm, amma ali məktəbə daxil ola bilməmişəm. 13 yaşından işləmək, pul qazanmaq məni çox tez böyütdü. Uşaqlığımı doya-doya yaşamadım.

- Yenidən ailə həyatı qurmaq istərdiniz?

- Heç vaxt yenidən ailə həyatı qurmayacağam. Böyük danışmaq düzgün deyil, amma ailə həyatı qurmayacağam. Mənim 6 yaşında hər şeyi dərk edən, bir oğlum var. Evdə uşaqlarıma yad olan bir kəsin  olmasını istəmərəm. Balalarım mənə artıqlaması ilə kifayət edir.(moderator.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top