Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik etdi

DAXİLİ SİYASƏT 01 may 2021, 11:11
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, M.Əliyevanın instaqram hesabında yer alan təbrikdə deyilir:

"Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!"
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top