Azay Quliyevə yüksək vəzifə verildi

GÜNDƏM 30 apr 2021, 15:42
Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib.

Bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumata görə, aprelin 30-da  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top