Mirələmovun videosundakı qıza pul ödəniləcək

GÜNDƏM 29 apr 2021, 14:08
Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun gənc xanıma qarşı əxlaqsızlıq videosu amerikalı şoumen Jimmy Kimmelin proqramında yayımlanıb.

Sözügedən görüntlər efirə verilən zaman gənc qızın üzü açıq formada nümayiş etdirilib. Bununla bağlı azərbaycanlı gənclər Rəna Əfəndi və Adnan Hacızadə J.Kimmelin komandası ilə əlaqə qurublar. Onlara bu davranışlarının səhv olduğu izah edilib.

Verilişin yaradıcı qrupu səhv etdiklərini etiraf edib, həmin videonu kanalın rəsmi səhifəsindən siliblər. Həmçinin, videodakı gənc qadına mənəvi zərər vurduqları üçün ona külli miqdarda  təzminat ödəmək istədiklərini bildiriblər.(redaktor.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top