Zəngilan və Qubadlıya mediatur təşkil olundu — FOTOLAR

QARABAĞ 29 apr 2021, 10:30
Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Zəngilan və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.

“Report”un Zəngilana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, məqsəd işğaldan azad edilən yaşayış məntəqələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir.

Səfər çərçivəsində jurnalistlər Qubadlının Xanlıq kəndinə otlaq ərazilərin minalardan təmizlənməsi prosesini də izləyəcək.

Xatırladaq ki, ANAMA tərəfindən indiyədək 700 hektar ərazi minalardan təmizlənib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top