Bayden “S-400”lərə görə “erməni soyqırımı” deyib? — Blinkendən AÇIQLAMA

DÜNYA 28 apr 2021, 23:39
“ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” açıqlaması sürpriz olmamalıdır”.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, bildirib ki, Baydenin uzun müddətdir 1915-ci il hadisələrini “soyqırımı” kimi şərh etməsi səbəbindən bu açıqlama gözlənilən idi:

 
“Prezident Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı bir görüş gerçəkləşdirib. Onun “erməni soyqırımı” açıqlaması sürpriz olmamalıdır”.

Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiyanın S-400 sistemlərini almaqdan imtina etməsi məsələsində Türkiyəyə qarşı son dərəcə açıq mövqe sərgiləyir:

“S-400 müdafiə sistemləri ABŞ-ın təhlükəsizliyini risk qarşısında qoyur. Türkiyə və bütün ABŞ müttəfiqlərinin Rusiya müdafiə sistemlərini almaqdan imtina etməsi vacibdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top