Mingəçevir Təcili yardım stansiyasına yeni rəhbər təyin olundu

SOSİAL 27 apr 2021, 09:22
Mingəçevir Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə yeni təyinat olub. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu vəzifəyə Allahverdi Alıyev təyin edilib.

Qeyd edək ki, o, bu vəzifədə bir neçə gün əvvəl işindən azad olunan Məzahir Yusifovu əvəz edib.

Məlumat üçün bildirək ki A.Alıyev Mingəçevir, həmçinin, şəhər Mərkəzi Xəstəxanasının Səhiyyə Həmkarlar Şurasına rəhbərlik edir.

Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top