Dövlət başçısı: “Horadiz – Ağbənd dəmiryolunun təməldaşını qoyduq” — VİDEO

İNFRASTRUKTUR 26 apr 2021, 23:31
Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Mincivan qəsəbəsində də olub.

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində paylaşıb.

Ölkə başçısı bildirib:

“Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Burada dəmiryolu stansiyası yerləşmişdir. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmiryolunu çəkəcəyik. Bu işlərə start verildi. Hoadiz qəsəbəsində biz bir müddət əvvəl Horadiz – Ağbənd dəmiryolunun təməldaşını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top