Oqtay Gülalıyevin səhhəti ilə bağlı SON XƏBƏR

SOSİAL 26 apr 2021, 21:43
"Əziz dostlar, atam Oktay Gülalıyev ilə bağlı sizləri məlumatlandırmaq istəyiridim ki, atama gündüz zamanı baxan tibb bacılarına 3 ay müddətdir ki maaşı verilmədiyindən, artıq onlar da may ayının 1-dən atamın müalicəsini davam etdirə bilməyəcəklər. Məsələ ilə bağlı tibb bacılarının dəfələrlə TƏBİB rəhbərliyinə müraciətlərinə müsbət cavab verilmədiyi üçün göstərilən tədavini dayandırmaq məcburiyyətindədirlər. Atama gecə boyu mən və əmim baxmalı olduğumuzdan, əmimin yaşlı olması və sağlamlığı ilə əlaqadar uzun müddət gecələr oyaq qaldığımızdan onsuz da bəzi çətinliklər yaşanırdı. Dərmanların alınması ilə də bağlı 5 aydır ki, heç bir dövlət qurumu yardım etmədiyindən atamın gərəkli dərmanlarla təmin edilməsinə dair bəzi narahatlığımız var idi. Tibb bacılarının da bu şəkildə işdən alınması təəssüfki vəziyyətimizi daha da ağırlaşdırır".

Demokrat.az xəbər verir ki, bunu qəza keçirən və uzun müddətdir yataq şəraitində müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev qeyd edib.
 
Hüquq müdafiəçisinin oğlu bütün bu mənfi hallara baxmayaraq atasının səhhətində irəliləyişlərin olduğunu da bildirib:

"Bütün bunlarla yanaşı, atamın durumunda inkişafla bağlı bu günlərdə sizə xoş xəbərlər də vermək istəyirdim. Bildirim ki, atam artıq bizim suallarımıza, diqqətlə dinlədiyi xəbərlərə hərəkətləri ilə şüurlu şəkildə cavab verir. Əlləri ilə bizə işarələr edir, nələrsə söyləməyə çalışır. Ədalətli olmaq naminə qeyd etməliyəm ki, atamın durumunda hazırki inkişafda Heydər Əliyev fondunun dəstəyi ilə onun 4 dəfə Türkiyədə əməliyyat edilməsinin çox böyük rolu olub. Qəza hadisəsindən sonra atam Türkiyəyə götürülərkən onun ancaq 20% yaşama şansı olacağını, Türkiyədə isə ayılma şansının çox az olduğunu dəfələrlə bildiriblər. Bu gün isə mən tam əminliklə deyə bilərəm ki, göstərilən müalicə sayəsində atam artıq ayılıb. Onun normal həyata geri dönməsi, ayağa qalxması üçün fizik tədaviyə və dərmanlarının davamlı olaraq qəbul etməsinə ehtiyac var. Hesab edirəmki, aidiyyatı qurumlar o cümlədən TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməməlidirlər".

Qeyd edək ki, Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb.

Sonradan birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə əməliyyat edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top