Deputat: "2 ordeni olmayan şəhidin adını küçəyə vermək olmur"

GÜNDƏM 24 apr 2021, 15:05
“Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyə, təlimatlara, qərarlara dəyişiklik edilməlidir”. 

Bunu millət vəkili Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, şəhid ailələri və qazilərlə iş dövlət siyasətinin prioritetlərindəndir:

“Vətən müharibəsinin yaratdığı yeni reallıq fonunda şəhid adının əbədiləşdirilməsi istiqamətində mövcud hüquqi bazanın təkmilləşdirilməsinə baxmalıyıq. 1993-cü ildə qəbul edilmiş qanuna əsasən, şəhid adı küçə, meydan, müəssisə, məktəb və s. verilə bilər. Nazirlər Kabinetinin 1994-cü il qərarında isə qeyd edilir ki, bu cür əbədiləşdirmə üçün şəhid ya Milli Qəhrəman olmalıdır, ya da vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunmalıdır. Təmsil etdiyim Biləsuvarda orta hesabla hər kənddə 3-4 şəhid var. Lakin mövcud qaydalara görə, 2 ordeni olmayan şəhidin adını vaxtı ilə yaşadığı küçəyə, oxuduğu məktəbə vermək olmur. Bu da haqlı gileylərə səbəb olur. Halbuki, şəhidin adını adsız küçələrdən birinə verməklə şəhid ailəsinin də könlü xoş olar, gənc nəsil üçün bir dərs olar, şəhidin adını yaşadar. Ona görə bu məsələyə yenidən qayıdılmalıdır”.(sherg.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top