Avroliqa oyununda meydana paltarsız girən şəxs həbs olundu

İDMAN 22 aprel 2021, 22:56
İspaniyanın "Qranada" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında (0:2) meydana paltarsız girən iş adamı Olmo Qarsiya həbs olunub.

Demokrat.az
"Marca" nəşrinə istinadən xəbər verir ki, buna Qarsiyanın analoji hərəkəti Qranada şəhərindəki məktəblərdən birinin qarşısında təkrarlaması olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Onun yetkinlik yaşına çatmamış uşaqların qarşısına paltarsız çıxması görənləri təşvişə salıb. Dərhal polisə xəbər verən ətrafdakı insanlar Qarsiyanın saxlanılmasına nail olublar. İspaniyalı iş adamının barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Olmo Qarsiya Qranadada idman qidasının satışı ilə məşğuldur./Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top