Bakıda moped və motosiklet sürücülərindən özbaşınalıq — VİDEO

SOSİAL 19 apr 2021, 23:14
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan moped sürücüləri günü-gündən artmaqda davam edir. Paytaxtın Abbasqulu ağa Bakıxanov prospektində moped və motosiklet sürücülərinin qayda pozuntularını  videoya çəkən oxucu, həmin görüntüləri redaksiyamızın elektron ünvanına göndərib. 

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, sözügedən prospektdə hərəkət edən moped sürücüsü yol polislərinin gözü qarşısında əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. 

Prospektin digər hissəsində isə iki motosiklet sürücüsü səkiyə çıxaraq yüksək sürətlə hərəkət etməyə başlayıb. 

Velosiped, moped və motosiklet sürücülərinin saymazyana hərəkət edərək qaydaları pozması və məsuliyyətdən kənarda qalması, digər sürücülərdə qıcıq yaradır. Qanunvericilikdə bütün hərəkət iştirakçıları üçün məsuliyyət tədbirləri nəzərdə tutulsa da, təəssüf ki, mexaniki nəqliyyat vasitələrinin sürücülərindən başqa digər sürücülər məsuliyyətə cəlb edilmir. Buna görə də həmin sürücülərdə arxayınlıq yaranaraq özbaşınalıq etməkdə davam edirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top