Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqləndi

XARİCİ SİYASƏT 19 apr 2021, 13:08
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Demokrat.az xəbər verir ki, saziş üç il müddətinə bağlanıb.

Sənəddə qeyd edilib ki, tərəflərin müqaviləni ləğv etmək niyyəti barədə ən azı üç ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha üç il uzadılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top