Bakıda ictimai təşkilatın ofisindən oğurluq edildi

KRİMİNAL 15 apr 2021, 20:38
İctimai təşkilatlardan birinin paytaxtın Xətai rayonunda yerləşən filialından oğurluq edilib.

DİN-dən Demokrat.az-a verilən xəbərə görə, zərərçəkən şəxs ofisdən 1300 manat dəyərində bir ədəd televizor, iki ədəd telefon, noutbuk, eləcə də, digər əşyalar oğurlandığı barədə polisə məlumat verib.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarınını həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Aydın Məlikov və Rüstəm Bayramlı saxlanılıblar.

Oğurlanan əşyalardan bir qismi polislər tərəfindən onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Aydın Məlikov və Rüstəm Bayramlının paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verə bilərlər.

Faktla saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top