Vergi ödəyicilərinin nəzərinə — VİDEO

SOSİAL 14 apr 2021, 15:26
“Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir.

Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə müraciətində bildirilir.

"Onlayn kargüzarlıq” sistemi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə Dövlət Vergi Xidmətinin daxili kargüzarlıq sisteminə inteqrasiya olunub. Ona görə də istifadəçilər göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər. Bu sistem üzərindən vergi orqanına göndərilən bütün müraciətlər rəsmi sənəd statusuna malikdirlər.

Bundan başqa, e-kargüzarlıqdan istifadə etməklə vergi ödəyiciləri öz aralarında yazışmalar da apara bilərlər. Sistem daxilində hər bir istifadəçi üçün “fərdi elektron qutu” ayrılıb. Vergi orqanından istifadəçilərə ünvanlanan məktublar və cavablar həmin qutuya toplanır. Hər bir sahibkar “Onlayn kargüzarlıq” sistemindən istifadə etməklə vergi xidmətinə müraciət edə, ona göndərilən cavabla və ya izahlarla tanış ola bilər, müxtəlif ərizələr yaza bilər, vergi xidmətinin təqdim etdiyi elektron xidmətlərdən (məsələn vergilərin onlayn ödənilməsi) belə istifadə edə bilərlər", - deyə müraciətdə qeyd olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top