Boş qalan erməni dəbilqəsinə görə şivən qoparanlar: Avropada döyüşçülərin kəlləsi saxlanılır

GÜNDƏM 13 apr 2021, 15:32
Dünəndən ermənilər Hərbi Qənimətlər Parkında sərgilənən dəbiləqələrin şəklini paylaşıb şivən qoparıblar. Düşmənin utanmazlığı, prinsipcə anlaşılandır.  Amma sosial şəbəkələrdə bəzi vətəndaşlarımızın da işğalçıların dəbilqəsinin nümayiş olunmasını, yumşaq desək, təəcüblə qarşıladığını görürük. Bu ya məlumatsızlıqdan, ya da qeyri-səmimi olmaqdan irəli gəlir. 

Ona görə ki, bir çox məsələlərdə Azərbaycanın müqayisə olunduğu Avropanın inkişaf etmiş ölkələrinin muzeylərində belə müxtəlif dövrlərə aid döyüşçülərin dəbiləqləri sərgilənir. Almaniyanın Berlin şəhərində yerləşən Perqamon Muzeyində XV-XVI əsrlərə - Səfəvilərə aid dəbilqələr, qalxanlar, nizələr saxlanılır. Yunanistanın Olimpiya Arxeoloji Muzeyində qədim yunan dəbilqələrinin kolleksiyası nümayiş olunur. Gürcüstanda, Türkiyədə, Avropa ölkələrinin muzeylərində Şirvanşahlar və digər xanlıqlar dövrünə aid olan qılınc, dəbilqə, geyim və sair əşyalar sərgilənir. Vyetnamın paytax Hanoy şəhərində yerləşən Müharibə muzeyində ABŞ təyyarəçilərinin dəbilqəri saxlanılır. İnternetdə axtarış apararkən o da məlum oldu ki, hətta Avropa muzeylərində döyüşçülərin kəllə sümükləri saxlanılır. 

Bakıda, 8 Noyabr prospektində yerləşən Hərbi Qənimətlər Parkında nümayiş olunan qənimətlər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisində işğalçılara qarşı keçirdiyi anti-terror əməliyyatı zaman əldə edilib. Yəni bu dəbilqələr mülki şəxslərə aid deyil, işğalçı ordunun hərbçilərinə aiddir. Bu dəbilqələr, 2020-ci ildə Bərdədə, Gəncədə mülki obyektkərə gecə vaxtı raket atan hərbçilərin dəbilqəsidir. Bu dəbilqələr ötən əsrin 90-cı illərdə Xocalıda soyqırım törədən, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün salan işğalçıların dəbilqəsidir. İşğalçılar sakitləşməmişdilər, təhdidlər və təxribatlar  davam edirdi. Onlar işğal etdikləri Azərbaycan ərazisində insanlıq əleyhinə cinayətlər törədiblər. Nəticədə həmin ərazilərə gedən hərbçilərimiz, dədə-baba yurdunun həsrətini çəkən vətəndaşlarımız minaya düşərək həlak olurlar. Azərbaycanın Ermənistana və beynəlxalq təşkilatlara müraciətlərinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini vermir. Buna münasibətiniz bildirmisiniz?

Bəli, Hərbi Qənimətlər Parkında nümayiş olunan dəbilqələrin hamısı Azəraycan ərazisində boş qalıb, başqa ölkənin sərhədləri daxilində yox! O dəbiləqələr işğalçılıq siyasəti və faşizm üzərində zəfərdir, rövanşist ermənilərə göz dağıdır.


Ramid İbrahimov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top