Ağdaşda gənc oğlan 16 yaşlı qızla cinsi əlaqədə oldu — Təfərrüat

HADİSƏ 12 apr 2021, 13:45
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1989-cu il təvəllüdlü Xəyyam Ramizoğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xəyyam Ramizoğlu 2003-cü il təvəllüdlü Məlahət (ad şərti verilib – red.) ilə razılığı əsasında onunla 7 iyul 2019-cu ildən 12 oktyabr 2019-cu ilədək yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evində mütəmadi olaraq cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Xəyyam Ramizoğlunun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyyam Ramizoğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Xəyyam Ramizoğlu ifadəsində qeyd edib ki, 2019-cu ildə Ağdaş rayonunda fermada işləyərkən həmin kənddə yaşayan Yevlax rayonu, Xanabad kənd sakini Məlahət ilə tanış olub: “Həmin vaxt Məlahət də fermada işləyirdi və ailəsi ilə birlikdə fermada qalırdı. 2019-cu ilin iyulun 5-də Məlahətlə nişanlandım. İki gün sonra, yəni iyulun 7-də yaşadığım ünvanda qonaqlıq oldu. Məlahət həmin gün bizə köçdü. İlk dəfə Məlahət ilə yaşadığım evdə bizim üçün ayrılmış otaqda cinsi əlaqədə oldum. Həmin vaxt Məlahətin bakirəliyi mənim tərəfimdən pozuldu”.

Xəyyam Ramizoğlunun sözlərinə görə, həmin vaxtdan Məlahət onlarla birlikdə yaşayıb: “Hazırda Məlahət 3 aylıq hamilədir. Məlahət ilə ailə quran zaman onun 16 yaşına çatmayan şəxs olduğunu bilmişəm. Lakin ailə qurmaq məqsədi ilə onun öz razılığı ilə evləndik. Ailə qurmazdan əvvəl Məlahətə qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişəm”.

Cinayət işi Ağdaş rayon Məhkəməsində araşdırılıb. Hakim Famil Nəsibovun sədrliyi ilə baş tutan iclasda cinayət işi araşdırılıb və sonda hökm elan edilib.

Xəyyam Ramizoğlunun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top