Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunun bərpasına başladı


DÜNYA 12 apr 2021, 13:29
Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunu yeni texniki avadanlıqlarla təchiz edib.

“Report”un yerli bürosu xəbər verir ki, mikroavtobus, yükqaldırıcı və maşınyuma avadanlığı Gürcüstanın Müdafiə Nazirliyinə təqdim olunub.

Təchizat iki ölkə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilib.

Bu gün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslərin iştirakı ilə avadanlıqların təhvil-təslimi ilə bağlı sənəd imzalanıb.

Qeyd edək ki, Marneuli aerodromu 2008-ci ilin avqust müharibəsində Rusiya aviasiyası tərəfindən bombardman edilib. Hərbi obyektin bərpası üçün Türkiyə ötən ilin oktyabrında Gürcüstana təxminən 14 milyon ABŞ dolları vəsait ayırıb. Qrant layihəsi çərçivəsində Gürcüstan Türkiyə istehsalı olan avadanlıqlar alacaq. Razılaşmaya əsasən, vəsait həmçinin aerodromun modernləşdirilməsi üçün də sərf olunacaq.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top