Tovuzda müəllim və şagirdlər COVID-19-a yoluxdu

HADİSƏ 07 apr 2021, 22:36
Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVID-19-a yoluxub.

Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.

Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top