Ermənilərin boks yalanı üzə çıxdı

İDMAN 07 apr 2021, 21:30
Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Aram Manukyan ermənilərin Azərbaycanla bağlı dediyi yalanları üzə çıxarıb.

Demokrat.az xəbər verir ki, o Ukraynanın Xerson şəhərində SSRİ çempionu Nikolay Manqerin şərəfinə keçirilmiş beynəlxalq turnirdə Azərbaycan millisinin ermənilərlə döyüşməkdən çəkindikləri ilə bağlı yazılanları şayiə adlandırıb.

Federasiya rəsmisi bildirib ki, Azərbaycan millisi ümumiyyətlə bu yarışa qatılmayıb. Komandamızın idmançıları arasında koronavirusa yoluxma halı olduğundan, Ukraynadakı yarışa gedə bilməyib.

Qeyd edək ki, “Telegram”ın erməni kontingenti iki çəki dərəcəsində azərbaycanlı idmançıların püşkatmada ermənilərlə düşməsinə görə yarışda iştirak etmədiyini yazıb. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top