Ceyhun Bayramov Türkiyə səfiri ilə sonuncu dəfə görüşdü — FOTO

XARİCİ SİYASƏT 07 apr 2021, 20:38
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı C.Bayramov öz “Twitter” səhifəsində paylaşım edib.

“Ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin səfiri qismində önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyinə və Azərbaycan-Türkiyə arasındakı yüksək səviyyəli münasibətlərə verdiyi töhfəyə görə cənab Erkan Özorala təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə XİN başçısı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top