“Bazarstore” — “10 ildir sizinlə birlikdə!”

BİZNES 07 apr 2021, 13:10
Pərakəndə sektorunun öndəri və söz sahibi olma missiyasını davam etdirən “Bazarstore” “10 ildir sizinlə birlikdə” deyərək çalışanlarıyla birlikdə “Dreamland”-da toplanıb.

Demokrat.az xəbər verir ki, toplantının ilk hissəsində ötən il fərqlənən, “2020-ci ilin ulduzları”-na xüsusi hədiyyələr təqdim olunub.

Toplantının ikinci hissəsindən etibarən isə “Bazarstore”un yaranmasının 10-cu ili qeyd edilib. Proqram yubileylə bağlı hazırlanan tanıtım filminin nümayişi ilə başlayıb. Tədbirdə çıxış edən Baş Direktor Burhan Sevahil bu illər ərzində qazanılan uğurlardan və gələcək planlardan danışıb. 10 ildir “Bazarstore”da işləyən və super marketlər şəbəkəsinin hər gününə şahidlik edən 27 əməkdaşa xatirə plaketi təqdim edilib. 

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 10 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək ildə 31 milyon müştəriyə, ölkə üzrə 87 min kvadrat metr satış sahəsində, 2800 çalışanı ilə xidmət göstərir. 

“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top