Xalq artisti: “Açıq ürək əməliyyatı keçirdim, damarlarımın 80 faizi tutulmuşdu...”


İNCƏSƏNƏT 07 apr 2021, 08:30
“Pandemiya məni lap geri saldı. İl yarım idi ki, ürəyimdən əməliyyat olunduğuma görə teatrdan uzaq düşmüşdüm”.

Demokrat.az xəbər verir ki, bunu Xalq artisti, teatr və kino aktyoru Kazım Abdullayev deyib.

“Daha sonra koronavirus yayıldı, daha bir il yarım səhnədən kənarda qaldım. Ona görə də özümü çox pis hiss edirəm. Səhnə, tamaşaçı üçün darıxıram. Koronavirusa yoluxmağım səhhətimə lap pis təsir etdi. Ondan əvvəl açıq ürək əməliyyatı keçirmişdim, damarlarımın 80 faizi tutulmuşdu. Dörd damar dəyişdirildi. COVID-19 həmin dəyişilmiş damarların hamısını zədələdi. İndi ona görə yenidən müalicə alıram. Övladlarımız üçün yaşayırıq, bizim də varımız-dövlətimiz onlardır. Allah bizə can sağlığı versin ki, uşaqları bir yana çıxara bilək. Doğrudur, övladlarım böyükdürlər, öz ailələri var. Hər halda ata kimi yanlarında olmalıyam” – K.Abdullayev qeyd edib.(azvision.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top