Peyvəndlənən ali məktəb əməkdaşlarının faiz nisbəti AÇIQLANDI

SOSİAL 05 apr 2021, 22:09
31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb.

Demokrat.az
xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, Sumqayıt Dövlət Universiteti (98.2 faiz), Azərbaycan Universiteti (93.7 faiz), Bakı Avrasiya Universiteti (91.6 faiz), Bakı Ali Neft Məktəbi (87.7 faiz) və Mingəçevir Dövlət Universitetinin (87 faiz) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir:

“Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik.

Öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top