Füzulidə kənd təsərrüfatının müxtəlif sahələri intensiv inkişaf edir — FOTOLAR

AQRAR-SƏNAYE KOMPLEKSİ 05 apr 2021, 10:06
Füzuli rayonu aqrar rayondur. Rayonun iqtisadiyyatında, əhalinin məşğuliyyətində kənd təsərrüfatı aparıcı yer tutur. Aqroiqlim xüsusiyyətinə görə münbit torpaqlara və mülayim iqlim şəraitinə malik olan Füzuli rayonunda kənd təsərrüfatının müxtəlif sahələri, xüsusilə taxılçılıq, heyvandarlıq, pambıqçılıq, şəkər çuğunduru, bostan-tərəvəz məhsulları və ipəkçilik xüsusilə inkişaf etmişdir. Əvvəlki illərdə olduğu kimi 2021-ci ilin də Füzuli rayonunda kənd təsərrüfat üçün əlverişli olacağı, taxılçılıq, heyvandarlıq, pambıqçılıq, ipəkçilik və digər sahələrdə bol məhsul istehsal olunacağı gözlənilir. 

Belə ki, 2020-2021-ci təsərrüfat ili üçün rayonda 39167 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bunun da 29686 hektarı buğda, 9481 hektarı arpa olmuşdur ki, bu da əvvəlki ildəkindən 1742 ha çoxdur. 2020-ci ildə rayonda 118031 ton taxıl istehsal edilmiş, Füzuli taxıl istehsalına görə respublikanın ən çox taxıl istehsal edən rayonlarından biri olmuşdur. Havaların əlverilşi keçməsi, fermerlər və torpaq istifadəçiləri tərəfindən həyata keçirilmiş aqrotexniki tədbirlər cari ildə də taxıl sahələrindən bol məhsul istehsal olunacağını deməyə əsas verir. 

Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıq əkininə və ipəkqurdu saxlanılmasına da hazırlıq işləri görülür.  Belə ki, 2021-ci təsərrüfat ilində rayon ərazisində pambıq əkiləcək sahələr hələ bir neçə ay əvvəl müəyyənləşdirilmiş, fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılmışdır. Yaxın günlərdə sahələrdə çiyid səpininə başlanılacaqdır. Rayonda ipəkqurdu saxlayacaq kümçülər də aylar öncə müəyyənləşdirilmiş, barama saxlanılacaq yerlərə baxış keçirilmiş, qarğı tədarükü görülmüşdür. İpəkqurdu bəsləyərək qısa müddətdə yaxşı gəlir əldə edən füzulili kümçülər 2016-cı ildə 3070 kq, 2017-ci ildə 24320 kq, 2018-ci ildə isə 38 ton, 2019-cu ildə 49.5 ton, 2020-ci ildə 47.4 ton yaş barama isehsal ediblər. Füzulili kümçülər cari ildə də 60 tondan artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar. 

2021-ci il 01 aprel tarixinə rayonda olan iri buynuzlu mal-qaranın sayı 37650 baş, qoyun və keçilərin sayı 162260 baş, ev quşlarının sayı isə 3904590 baş olmuş, ilin ilk 3 ayı ərzində rayonda 567.4 ton ət, 7234.4 süd, 5125 min ədəd yumurta istehsal olunmuşdur. Sevindirici haldır ki, artıq Füzuli rayonunun işğaldan azad olunmuş əraziləri də mina və partlamamış hərbi sursatlardan təmizləndikcə əkin dövriyyəsinə cəlb edilir. 

Füzuli rayonunda kənd təsərrüfatının müxtəlif sahələrinin intensiv inkişafı hesabına həm əhalinin məşğulluğu təmin edilir, onların sosial-rifah halları yaxşılaşır, həm də əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarlarına da bir sıra məhsullar çıxarılır. 

undefinedundefinedundefined

Demokrat.az



 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top