Karantin qaydalarını pozanlar məsuliyyətə cəlb edilir — VİDEO

HADİSƏ 04 apr 2021, 08:46
Qubada evi tərk edən koronavirus xəstəsi saxlanıb.

Demokrat.az
-ın Xəzər Tv-yə istinadən məlumatına görə, Qubada polis əməkdaşları müəyyən ediblər ki, Qaraçay kənd sakini Ülkər Allahverdiyevanın COVID-19 testinin nəticəsi pozitiv çıxıb və ona ev şəraitində müalicə təyin edilib. Lakin o, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. Ülkər Allahverdiyevanın yeri müəyyən edilib və o, təcili tibbi yardım avtomobili ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Ağsuda isə yas mərasimi keçirilməsinin qarşısı alınıb. Polis əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. Mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Balakəndə isə rayon mərkəzində restoranda xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb. Polis əməkdaşları 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisini dayandırıblar. Sanitar-karantin qaydalarını pozan restoranın sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top