Bakıda maşını sərxoş halda idarə edən 52 sürücü müəyyən edildi

HADİSƏ 03 apr 2021, 22:09
Aprelin 2-də Bakı şəhər ərazisində yol hərəkəti qaydalarını pozan və kobud qayda pozuntusuna yol verən sürücülərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, yol hərəkəti qaydalarını pozan ümumilikdə 3223, o cümlədən kobud qayda pozuntusuna yol verən 169 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 116 nəqliyyat vasitəsi, avtomaşını sərxoş halda idarə edən 52 sürücü, 1 avtoxuliqan müəyyən olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top