Ruhani İranda koronavirusun 4-cü dalğasının başladığını elan etdi

DÜNYA 03 apr 2021, 16:44
“Yeni növ koronavirusun yayılmasının dördüncü dalğası İranın iki əyalətində başladı”.

Demokrat.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib. O vilayətlərin adını açıqlamasa da virusun yayılmasının ciddi hal aldığını vurğulayıb:
 
"Təəssüf ki, dördüncü dalğa iki vilayətdə başladı. Karantin qaydalarına uymarıqsa, virus digər əyalətlərdə də yayılacaq”.

Xatırladaq ki, İranda bu günə qədər 1 milyon 908 min 974 nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 62 min 876-ya çatıb.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top