Deputat: “Xidmət zamanı avtoqəzada və digər səbəbdən həlak olanlara da şəhid statusu verilməlidir”

GÜNDƏM 02 apr 2021, 16:33
“Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində həlak olan bəzi şəxslərə şəhid adı verilməyib”.
 
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.
 
Deputat bildirib ki, onlara da şəhidlik statusunun verilməsi mütləq lazımdır: “Həmin dövrdə həlak olub, şəhid statusu verilməyən insanlarla bağlı məsələyə yenidən baxmaq lazımdır. Biz 1993-cü ildə qəbul olunan qanuna yenidən baxmalı, bəzi dəyişikliklər etməliyik. Xidmət zamanı avtoqəzada, döyüş yoldaşının diqqətsizliyi və digər səbəbdən həlak olanlara da şəhid statusu verilməlidir. Türkiyə təcrübəsində belə hallar nəzərə alınır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top