Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradıldı — SƏRƏNCAM


DAXİLİ SİYASƏT 01 apr 2021, 18:28
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncam imzalayıb.

Demokrat.az
xəbər verir ki, sərəncamla aşağıdakı hərbi prokurorluqlar yaradılıb:

Qubadlı Hərbi Prokurorluğu;

Kəlbəcər Hərbi Prokurorluğu;

Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

Nazirlər Kabineti:

- Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli;

- Sərəncamda nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli;

 - Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top