Şuşanın işğalına rəhbərlik edən erməni general öldü

QARABAĞ 31 mar 2021, 15:45
Ermənistan müdafiə nazirinin sabiq müavini, Xocalı soyqrımının təşkilatçılarından və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş erməni cəlladllarından biri olan general-mayor Arkadi Ter-Tadevosyan ölüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun silahdaşı polkovnik Ara Muradyan deyib.

O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.

Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqrımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top